“Məncə, Sezar Meza Kolli daha maraqlı ola bilərdi, nəinki Ozobiç. Fikrimcə, Sezar daha çox xeyir verərdi".
Bu sözləri "Futbol+"ə açıqlamasında Adil Şükürov deyib. Təcrübəli mütəxəssis İsmayıl İbrahimliyə daha çox şans verilməsinin tərəfdarı olduğunu bildirdi:
"Ozobiç zədəyəmeyilli futbolçudu. Fikir versəz, mövsüm ərzində nə qədər zədələnib. Yerli oyunçulara, məsələn, İsmayıl İbrahimliyə daha çox şans verilsəydi, yaxşı olardı. Yalnız ona yox, onun timsalında digər yerli oyunçularımıza. Oyun təcrübəsi olaraq Ozobiç xeyir verə bilər. Ümumilikdə nə qədər uğurlu addım olduğunu zaman göstərəcək”.