"Qarabağ"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod" ciddi itkilərlə üzləşib.
İsrail təmsilçisinin 3 əsas futbolçusu zədələnərək sıradan çıxıb. Onlar müdafiəçi Timoti Avani, hücumçu Fahad Bayo və hücumameylli yarımmüdafiəçi Məhəmməd Kanaandı. Futbolçuların iyulun 22-də Bakıda keçiriləcək görüşdə meydana çıxmaq şansının az olduğu bildirilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20.00-da başlayacaq.