“Tülkülər” sol cinah müdafiəçisi Rayan Bertrandı transfer edib.Azad agent statusuna malik 31 yaşlı futbolçu yeni klubu ilə ikiillik müqaviləyə imza atıb. İngiltərə yığmasında 19 oyuna çıxan Bertrand son 7 mövsümü “Sauthempton”da keçirib.