FIFA-nın İntizam Komissiyası "Spetsiya"ya ağır cəza verib.
A seriyasında çıxış edən komandaya transfer qadağası qoyulub. Spetsiya şəhərinin eyniadlı təmsilçisi qarşıdakı 4 “transfer pəncərəsi” dövründə heyətinə yeni futbolçu qata bilməyəcək. Bundan başqa, klub 500 min avro məbləğində cərimələnib. FIFA "Spetsiya"nı 18 yaşadək futbolçuların beynəlxalq transfer və qeydiyyat qaydalarını pozduğu üçün cəzalandırıb.
Qeyd edək ki, komanda ötən mövsümü 15-ci pillədə başa vurub.