Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Neftçi” ilk görüşə hazırlığı davam etdirir.
Samir Abasovun yetirmələri “Bakcell Arena”dakı məşqlərdə daha çox fiziki və taktiki çalışmalara üstünlük verir.
“Ağ-qaralar”ın Yunanıstana səfər planı da bəllidi. Flaqman iyulun 19-da paytaxtı tərk edəcək. Komanda çarter reysi ilə birbaşa Afinaya yollanacaq və “Athens Marriott Hotel”də məskunlaşacaq.
“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis “Dinamo”su ilə oyundan öncə UEFA-ya iştirak ərizəsini təqdim etmişdi. Siyahıda dəyişiklik olacaqmı? Sualımızı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq: