“Mersedes” pilotu Lüis Hemilton “Formula-1” üzrə dünya çempionatında şəxsi hesabda “Red Bull”un pilotu Maks Ferstappenlə aralarında yaşanan rəqabətdən danışıb.
“Motorsport Week” onun aşağıdakı fikirlərinə yer verib:
“Ferstappenlə rəqabətimiz Fettel “Ferrari”də olarkən onunla aramızda yaşananlara bənzəyir. Bizim idman hamının hədəfinin eyni olduğu futboldan fərqlənir. Burda biz iki cəbhədə mübarizə aparırıq. Komanda bu üzdən parçalanır. Çünki həm pilotların komanda üçün xal qazanması lazımdı, həm də onlatın hər biri çempion olmaq istəyir. Başqa komandadan olan kimləsə mübarizə aparmaq daha maraqlıdı. Belədə yarışlar daha maraqlı keçir, çempionat daha cəlbedici olur”.
Xatırladaq ki, 2021 mövsümünün 9 mərhələsindən sonra Ferstappen 182 xalla şəxsi hesabda liderlik edir. 150 xala malik Lüis Hemilton onun ən yaxın izləyicisidi.