Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Konfrans Liqasında oyun idarə edəcək.
"Futbol+"in məlumatına görə, hakimimiz turnirin 2-ci təsnifat mərhələsinin "Teuta” (Albaniya) – "İnter Eskaldes” (Andorra) görüşünə təyinat alıb. Bu barədə məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 22-də Albaniyanın "Niko Dovana” stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq.