Konfrans Liasına hazırlaşan “Keşlə”nin məşqçilər korpusunda dəyişiklik olub.
Sənan Qurbanovun köməkçisi Azər Bağırov “qırmızı-ağlar”dan ayrılıb. Söylənilənlərə inansaq, Bağırov baş məşqçi ilə yola getmədiyindən komandanı tərk etmək qərarına gəlib. Qeyd edək ki, Azər bəy bu ilin qışında Sənan bəyin dəvəti ilə “Keşlə”də işləməyə başlamışdı. Görünür, bugünlərdə baş məşqçi ilə köməkçisi arasında elə bir qalmaqal yaşanıb ki, ikinci klubda qalmaq istəməyib.
Məsələ ilə bağlı Azər bəylə danışmaq istəsək də, zənglərimizi cavabsız qoydu. Belədə yaşananlar münasibət bildirmək üçün Qurbanova müraciət etdik. Baş məşqçi köməkçisinin məşqçilər korpusundan ayrıldığını təsdiqləsə də, bu haqda danışmaq istəmədi.
Bu arada "Keşlə" ilə "Soçi" arasında Konfrans Liqasının cavab oyununun başlama saatı və hakimləri açıqlanıb. İyulun 29-da "ASK Arena"da keçiriləcək görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Şimusikə laysmanlar Anton Qusev və Sergey Kosovets yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək. Oyun saat 20.00-də başlayacaq.
RƏŞAD