
Dünya futbolu
3 947
17.07.2021, 10:20
Messinin yay tətili macəra ilə başladı - ŞOK
Yığmada uzun sürən titul həsrətinə son qoyan və “Barsa” ilə yeni müqavilənin bağlanması ətrafındakı serialı bitirən Lionel Messi ailəsi ilə birgə Mayamiyə - istirahət etməyə yollanıb.
“La Gazzetta dello Sport”un yazdığına görə, Leo çərşənbə axşamı doğma Rosariodan Buenos-Ayresə uçub ki, ABŞ-a viza almaq üçün bəzi sənədləri qaydasına salsın. Ancaq uçuşu iki saat yubatmaq lazım gəlib. İş ondadı ki, anonim telefon zəngindən sonra hava limanının rəhbərliyi qeydiyyat zonasında bomba yerləşdirilməsi ilə bağlı informasiya alıb. Anonim zəngin müəllifi qurğunun onun yük çantasında olduğunu bildirib.
Hava limanında dərhal bütün reyslərin hərəkəti dayandırılıb. Həmin reyslər arasında Messini özəl təyyarəsi də olub. Hava limanının məlunatında deyilir:
“11.50-də hava limanının təhlükəsizlik xidməti şübhəli durumda fövqəladə rejimin tələblərindən irəli gələn qabaqlayıcı tədbirlə bağlı planı işə salıb. Ehtiyat tədbiri kimi binada olan hər kəs evakusiya olunub”.
Ciddi yoxlamadan sonra aydın olub ki, həyəcan əbəs imiş. Hava limanının uçuş-enmə zolağında gəzişən Messi və atası da kadra düşüb. O, elə gün Buenos-Ayresə, ordan da Mayamidəki arvad-uşağının yanına uçub.
Bu arada Argentina sakini Ernan Mastrancelo 100 yaşı ərəfəsində həmyerlisi Messidən təbrik alıb. Bu barədə onun nəvəsi Xulian Mastrancelo açıqlama verib. Xulian bildirib ki, babası Messinin bütün qollarının tarixçəsini şəxsi bloknotuna yazıb. Bundan xəbər tutan 34 yaşlı hücumçu Argentinanın uzunömürlü sakininə video-müraciət göndərib.
Təcrübəli forvard Ernana belə jestə görə təşəkkürünü bildirib:
"Sizinlə bağlı əhvalatı eşitdim. Bu, mənim üçün ağlasığmaz təsir bağışladı. Hətta xatırlamadığım qolları da qeydə almısız. Buna görə də sizi bağrıma basıram".
Xatırladaq ki, Messi indiyədək 1307 oyunda 1163 qol vurub, bu da hər oyunda 0,89 qol deməkdi.