"Sumqayıt" - “Çukariçki” qarşılaşması üçün klub rəhbərliyinin satışa neçə biletin çıxarılacağını müəyyənləşdirib.
Bu haqda bilgini “ağ-göylər”in mətbuat katibi Rəşad Məmmədovdan aldıq:
“Operativ Qərargahın qərarına uyğun rəhbərlik “Kapital Bank Arena”nın tutumunun 50 faizi qədər bilet satılacaq. Bu üzdən təxminən satışda 600 bilet olacaq. Həmin biletləri isə tamaşaçılar klubun partnyorlarından biri olan şirkətin Sumqayıtdakı satış mərkəzlərindən əldə edə bilərlər. Qiymət məsələsinə gəlincə isə, bu hələ dəqiqləşməyib.Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, “Kapital Bank Arena”nın azarkeş tutumu 1326 nəfərdi.