Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Olimpiakos” - “Neftçi” matçının ilk oyunu azarkeşsiz keçiriləcək.
“Futbol+”in məlumatına görə, bu, Yunanıstanda koronavirus pandemiyası üzündən tətbiq olunan məhdudiyyətlərlə əlaqədardı. “Olimpiakos”un “Aris”lə keçirdiyi yoldaşlıq görüşü də “Georgios Karaiskakis” stadionunun boş tribunaları önündə oynanılmışdı. Yunanıstan çempionatında çıxış edən klubların nümayəndələri ilə Daxili İşlər Nazirliyində görüş olub. İclasda 2021/22 mövsümündə stadionlara ümumi tutumun 80 faizi qədər vaksinasiya olunmuş azarkeşin buraxılması məsələsi müzakirə olunub. Yekun qərar qəbul olunanadək klublar bilet satışı həyata keçirməyəcək.
Qeyd edək ki, iyulun 21-də keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq