“Leykers”in forvardı Lebron Ceyms karyerasının sonuna qədər Los-Anceles komandasının şərəfini qorumaq niyyətindədi:
“Səmimi şəkildə ümid edirəm ki, karyeramı “Leykers”də bitirəcəm. Nə qədər vaxt keçir-keçsin – 4, 5, 6, lap 7 il sonra olsun. “Leykers” kimi tarixi komandanın şərəfini qorumaq mənim üçün “Kosmik basketbol”da (eyniadlı film nəzərdə tutulur – red.) görünməyə bərabərdi. Mən bunun mümkün olacağını hətta təsəvvür də etmirdim”.
2018-dən “Leykers”in formasını geyən 36 yaşlı forvardın müqavilə müddəti 2022-ci ildə bitir. Lebron ötən mövsüm keçirdiyi 46 oyunda orta hesabla 25 xal, 7,7 ribaund və 7,8 ötürmə ilə yadda qalıb.