Mahir Emreli Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Bode Qlimt”lə (Norveç) cavab matçından sonra fikirlərini bölüşüb.
“Futbol+”in məlumatına görə, ilk qolun ötürməsini verən “Legiya”nın futbolçusu “instaqram” hesabında azarkeşlərə səslənib:
“Hisslərimi sözlə ifadə etmək çətindi. Dünən möhtəşəm bir matç oldu. Bizi dəstəklədiyiniz üçün hamınıza təşəkkür etmək istəyirəm. Həmişə sona qədər mübarizə aparıb yaxşı çalışsaq, bunun bəhrəsini görəcəyimizi bilirik. Növbəti mərhələdə görüşərik”.
Qeyd edək ki, “Legiya” “Bode Qlimt”i hər iki görüşdə üstələyərək (3:2, 2:0) növbəti mərhələyə yüksəlib. Burda rəqib Estoniya “Flora”sı olacaq.