
Ermənilər futbolda yeni hədəf müəyyənləşdirib
Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan srağagün Futbol Federasiyasının sədri Armen Melikbekyanla onun 1-ci müavini Armen Nikoqosyanı qəbul edib.
Paşinyan futbolun ictimaiyyətin real və ciddi dəyişikliklər gördüyü nadir sahələrdən biri olduğunu bildirməklə yanaşı, yığmanın ölkənin çox mürəkkəb və ağır durumunda qazandığı qələbələrlə (44 günlük müharibədən sonra Ermənistan yasa batmışdı, yığma isə martın 25-31-i aralığında qazandığı ardıcıl üç qələbə ilə DÇ-nin seçmə qrupunda liderlik edir – red.) müsbət emosiyaların bərpasında rolunu xüsusi vurğulayıb.
Daha bir maraqlı məqam odu ki, Paşinyan yığmanın 2050-ci ilə qədər nəinki dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanmalı olduğunu deyib, hətta mükafatçılar sırasına düşməsini də istəyib.
Məlikbekyan zaman mənasında daha konkret danışıb:
Əminəm ki, bu kiçik yazını oxuyandan sonra sizin də dişiniz bağırsağınızı kəsəcək. Bizim futbolda belə strategiyadan, belə hədəflərdən danışanların ya dilini kəsərlər, ya da dəlixanaya göndərələr. Allah eləməmiş, ermənilər bu hədəflərin öhdəsindən gəlsələr, nə edəcəyik? Bax, bunu təsəvvür edəndə Qəribi də ağlamaq tutur, Orxanı da!
ORXAN