Çempionlar Liqasında mövsümün növbəti püşkatması iyulun 19-da olacaq.
“Futbol+”in məlumatına görə, mərasimdə ikinci təsnifat mərhələsinin 10 cütü və yarışa birbaşa başlayan 2 komanda iştirak edəcək. Bu klublar “Slaviya” və “Reyncers”di.
Püşkatma ərəfəsində komandalar səbətlərə bölünüb. İkinci təsnifat mərhələsində oynayacaq “Neftçi” - “Olimpiakos” cütünün də səbəti bəlli olub. Mərhələnin 3-cü ən reytinqlisi olan Yunanıstan təmsilçisinin əmsalına görə bu cütlük “səpələnmişlər” sırasında olacaq. Bu, “Neftçi”nin mərhələ adlayacağı halda güclü rəqiblərlə oynamaması anlamına gəlir.
Mahir Emrelinin şərəfini qoruduğu “Legiya”nın “Flora” ilə cütü isə “səpələnməmişlər” sırasındadı. Bu da polşalıları “Neftçi”yə mümkün rəqib edir.
Ümumilikdə isə Azərbaycan çempionu üçün 5 mümkün cüt var. Yalnız bir – “Alaşkert” – “Şerif” cütünün qalibi təmsilçimizə mümkün rəqib ola bilməz. Çünki UEFA Azərbaycan və Ermənistan klublarının qarşılaşmasına imkan vermir.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Cənubi Kipr)
“Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) – “NEFTÇİ” (AZƏRBAYCAN)
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)
“Kayrat” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)
“Reyncers” (Şotlandiya)
Səpələnməmişlər
“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferentsvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)
RƏŞAD