
Naqelsmann Levandovskiyə görə narahat deyil
“AS” qəzetində “Bavariya”nın aparıcı oyunçusu Robert Levandovski haqda maraqlı xəbər yayılıb.
İspaniya nəşrinin yazdığına görə, polşalı hücumçu “Real”a keçmək istəyir.
İddiaya görə, madridlilərin Münhen klubu ilə transferlə bağlı danışıqlara başlayacağı gözlənilir. “AS”ın yazdığına inansaq, “Real” 32 yaşlı futbolçunun bu istəyindən xəbərdardı, ancaq “Bavariya” bu yay onu satmağa hazırlaşmır. Bunu bilən Levandovski gələn yay iş yerini dəyişməyi və karyerasını məhz İspaniya nəhənginin formasında başa vurmağı planlaşdırır.
Artıq Münhen klubunda ötən mövsümün ən yaxşı oyunçusu seçilən Robert ilə bağlı yayılan məlumata “Bavariya”nın yeni baş məşqçisi Yulian Naqelsmannın münasibəti bəllidi. Maraqlıdı ki, 33 yaşlı mütəxəssis 2014-cü ildən formasını daşıdığı səbəbkarın komandadan ayrılacağı ilə bağlı xəbərə sakit reaksiya verib: