Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə adlayan “Neftçi” “tvitter” hesabında maraqlı paylaşım edib.
“Futbol+”in məlumatına görə, flaqman bu mərhələdəki rəqibi “Olimpiakos”a sual ünvanlayıb.
Həmin paylaşımda Yunanıstan klubunun rəsmi hesabı işarələnərək, “Hey, “Olimpiakos”, gələn həftə Yunanıstanda hava necə olacaq?” yazılıb.