"Səbail" daha 2 futbolçu ilə müqavilə yeniləyib.
Bu haqda məlumatı klubun rəsmi saytı yayıb. "Dənizçilər" hücumçu Mirsayib Abbasov və yarımmüdafiəçi Elçin Rəhimli ilə yeni saziş imzalayıb.
Hər iki futbolçu daha 1 il paytaxt təmsilçisində çıxış edəcək.