Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçlarından sonra UEFA statistik nəticələri açıqlayıb.
"Legiya"nın forvardı Mahir Emreli ən yaxşı 5 futbolçu arasında yer alıb. Millimizin üzvü “Budyo-Qlimt”ə (Norveç) qarşı ÇL-in matçlarında uğurlu oyunu ilə diqqət çəkib. UEFA-nın hesabatına görə, həmin görüşlərdə futbolçumuzun vurduğu 5 zərbə qapı çərçivəsinə gedib. Bu göstəricəyə görə, o, 2-ci sırada qərarlaşıb. İlk pilləni isə 6 zərbə ilə Monteneqronun "Buduçnost" klubunun yarımmüdafiəçisi Miloş Raiçkoviç tutur.
Mahirin çərçivəyə gedən 5 zərbəsindən 2-si qolla nəticələnib. Forvard həm də bombardirlər siyahısında yer alıb. O, 2 qol və 1 məhsuldar ötürmə ilə 4-5-ci yerləri bölüşdürür (“Linkoln”un oyunçusu De Barrla birgə). İlk üç yerdə qərarlaşan Ri Riski (HİK), E.Krasniçi (“Priştina”) və Uzuni (“Ferensvaroş”) isə 3 qol vurublar.