Konfrans Liqasının ikinci təsnifat mərhələsində iyulun 21-də “Çukariçki” ilə qarşılaşacaq “Sumqayıt” Serbiyaya 19-da yollanacaq.
“Futbol+”in məlumatına görə, Belqrada çarter reysi ilə gedəcək “kimyaçılar” Serbiya paytaxtındakı 5 ulduzlu “Metropol Palace, a Luxury Collection” otelində məskunlaşacaq. Ayxan Abbasovun komandası oyundan öncə Belqradda iki məşqə çıxacaq.
Matç başa çatan kimi, daha dəqiq desək, iyulun 21-i axşam “gənclik şəhəri”nin təmsilçisi vətənə dönəcək.
RƏŞAD