Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iyulun 21-i Bakı vaxtı ilə saat 23.00-da keçiriləcək “Olimpiakos” - “Neftçi” matçının təyinatları açıqlanıb.
Oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü Silva Pineyro Joao Pedro idarə edəcək. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək.UEFA nümayəndəsi Kremer Klaue (Lüksemburq), hakim-inspektor isə Çeferin Darko (Sloveniya) olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 28-i “Bakcell Arena”da baş tutacaq və saat 21.00 start götürəcək.