Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tiflis "Dinamo"sunu 2:1 hesabı ilə məğlub edən "Neftçi"nin kapitanı Emin Mahmudov "CBC Sport" kanalına açıqlama verib.
Yarımmüdafiəçi "Olimpiakos"dan qorxmağın lazım olmadığını deyib:
"Növbəti oyunda əlimizdən gələni edəcəyik. Rəqibin kim olmasının fərqi yoxdu. Qorxmaq lazım deyil. Meydana çıxıb vuruşacağıq”.
Emin Tiflisdə olduğu kimi yenə penaltidən fərqlənməsinə münasibət bildirib:
“Yaxşı ki, penalti oldu. Bir az fərqli vurdum. Əsas odur ki, qol oldu. Rəqib yaxşı oynadı, bizi bir az sıxdı”.