
Çempionlar Liqası
1 189
15.07.2021, 10:00
Mahir qol ötürməsi verdi, komandası qələbə qazandı - VİDEO
Mahir Emrelinin şərəfini qoruduğu Polşanın “Legiya” klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.
Varşava təmsilçisi Norveç “Bode Qlimt”ini mübarizədən kənarlaşdırıb.
Polşa çempionu öz meydanında da rəqibini üstələyib – 2:0. Mahir bu dəfə də start heyətində yer alıb. Dubla imza atdığı ilk oyunla müqayisədə hücumçumuz bu dəfə qol sevinci yaşamasa da, məhsuldar ötürmə ilə yadda qalıb. O, görüşün 83-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Emrelinin komandası 2-ci təsnifat mərhələsində Estoniyanın “Flora” klubu ilə üz-üzə gələcək.