Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib.
“Kimyaçılar” qardaş ölkədə 3-cü matçına çıxıb.
Ayxan Abbasovun yetirmələri "Qaziantep"lə üz-üzə gəlib. Qarşılaşma "Boluspor" klubunun bazasında baş tutub. Qarşılaşma Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sumqayıtlılar 2021/22 mövsümünə iyulun 21-də start verəcək. Abbasovun komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Serbiya “Çukariçki”sinin qonağı olacaq.
Yoxlama oyunu
15 iyul
18.00 “Sumqayıt” (Azərbaycan) – “Qaziantep” (Türkiyə) – 1:2
“Boluspor”un bazası