Bakıda səfərdə olan Tiflis meri, sabiq futbolçu Kaxa Kaladze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Dinamo” oyununu stadiondan izləməyəcək.
Öncədən tərtib olunmuş səfər proqramında bu nəzərdə tutulsa da, son anda dəyişiklik olub. “Milan”ın əfsanəsi görüşü izləmədən Tiflisə qayıdacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyi məlumatı təsdiqləyib. Səfər proqramında edilmiş dəyişikliyin səbəbi isə açıqlanmayıb.
Tiflis meriyasının mətbuat xidmətinin məlumatına görə, Kaladzenin təcili işi çıxıb. Bu səbəbdən də Gürcüstana qayıtmalı olub.
Mənbə: APA