İtaliya millisinin üzvü Canluici Donnarumma “Milan” klubu ilə vidalaşıb.
22 yaşlı qapıçı bununla bağlı “instaqram” hesabında paylaşım edib. Həmin vida məktubunu diqqətinizə çatdırırıq:
“Bəzi seçimlər çətindi, amma bunlar kişinin böyüməsinin bir hissəsidi.
Hələ uşaq olanda bura gəldim, səkkiz il bu formanı qürurla geyindim, komanda yoldaşlarımla, məşqçilərimlə, birlikdə mübarizə apardıq, əziyyət çəkdik, qazandıq, ağladıq, sevindik. Uzun illərdi bir ailənin ayrılmaz hparçası olan azarkeşlərimizlə birlikdə klubun bir hissəsidi olduq.
“Rossoneri” formasında da Seriya A-da 16 yaşımda meydana çıxaraq vacib şəxsi uğura imza atdım, unutmayacağım fövqəladə illər yaşadım.
İndi vida etməyin vaxtı gəlib, həqiqətən də asan olmayan bir seçimdi. Şübhəsiz ki, bir yazı bunu izah etmək üçün kifayət deyil və ya bəlkə də izah edilə bilməz. Çünki ən dərin hissləri sözlərə çevirmək olmur. Deyə biləcəyim budu ki, bəzən dəyişməyi, fərqli çətinliklərlə üzləşməyi, böyüməyi, özünü tamamlamağı seçmək düzgündü.
İlk gündən son günə qədər görüşdüyüm bütün “rossoneri” üzvləri, həyat yolumda məni mənə tanıdan mühüm, həqiqətən də təməl hissəsi olaraq həmişə ürəyimdə qalacaqlar.
Məni bu rənglərə bağlayan məhəbbət, məsafənin və zamanın silinə bilməyəcəyi hissəsi üçün “Milan”a mümkün olan bütün uğurları ürəkdən diləyirəm”.