21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Millimiz sentyabrın 2-də, saat 21.00-da Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Rid İm İnnkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.
Avstriya ilə oyunun başlama saatı barədə saytımızda məlumat yerləşdiriləcək.