"Keşlə”nin Konfrans Liqasındakı rəqibi "Soçi”nin erməni futbolçusu Erik Vardanyan Bakıya gəlməyəcək.
23 yaşlı yarımmüdafiəçi “qırmızı-ağlar”a qarşı oynamayacaq. Buna səbəb Vardanyanın avrokuboklarda "Soçi”nin şərəfini qoruya bilməməsidi. Rusiya təmsilçisi erməni oyunçusunu "Pünik”ə icarəyə verib.
Qeyd edək ki, Erik "Soçi”nin heyətində cəmi 1 matça çıxıb.