“Vilyarreal”ın futbolçusu Karlos Bakkanın yeni klubu bəlli olub.
34 yaşlı hücumçu karyerasını “Qranada”da davam etdirəcək. La Liqa klubu kolumbiyalı ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Bakka “Vilyarreal”dan başqa “Milan” və “Sevilya” kimi klublarda da çıxış edib.