“Mersedes”in pilotu Lüis Hemilton AÇ-nin finalında İtaliyaya uduzan İngiltərə yığması ilə qürur duyduğunu bildirib.
36 yaşlı britaniyalı həmçinin futbol fanatlarını yığmanın qaradərili oyunçularının ünvanına irqi təhqirlər yağdırmamağa çağırıb:
“Sosial şəbəkələrdə oyunçularımızın ünvanına yönələn irqi təhqirlər yolverilməzdi. Bu kobudluğun qarşısını almaq zəruridi. Qaradərili oyunçulara hörmət və dözümlülüş şərti xarakter daşımamalıdı. İnsanlığımız nə iləsə şərtlənə bilməz. Hamını internetdə belə təhqirlər yayan adamlardan dərisinin rəngindən asılı olmayaraq, hər kəsə insan gözü ilə baxmağa çağırmağı xahiş edirəm. Sako, Sanço, Reşford və bütün komanda ilə çox qürur duyuram”.
İngiltərə yığmasının qaradərili oyunçuları – Reşford, Sanço və Saka oyunsonrası penaltiləri boşa verdiklərinə görə azarkeşlərin irqi təhqirinə məruz qalıb.
Xatırladaq ki, Reşford və Sanço Qərbi Hindistandan çıxanların ailəsində dünyaya gəıib, Saka isə Nigeriya köklərinə malik britaniyalıdı.