Paris polisi “Bruklin”in ulduz müdafiəçisi Ceyms Hardeni saxlayıb.
Bu haqda xəbəri TMZ yayıb. Həmin qaynağa inansaq, 31 yaşlı amerikalı məzuniyyət dövründə dəb həftəsinə baş çəkmək üçün Fransaya yollanmağı lazım bilib. Basketbolçu maşınında 20 qram marixuana aşkarlalanb məşhur repçi Lil Baby ilə birgə saxlanılıb.
Şahidlərin dediyinə görə, polis musiqiçi ilə Hardeni adi yoxlama üçün saxlayıb, ancaq sonradan marixuana qoxusundan şübhələnib. Hər iki şübhəli hazırda polis bölməsində saxlanılır.
Harden son mövsümdə keçirdiyi 36 oyunun hər birində orta hesabla 24,6 xal toplayıb. “Bruklin” pley-offun 2-ci dövrəsində “Miluoki”yə uduzmaqla (3:4) mübarizəni dayandırıb.