Artıq 5 ildi “Xəzər Lənkəran” fəaliyyətini dayandırıb.
Düzdü, bir müddət Lənkəran klubunun aşağı yaş qrupları AFFA-nın bayrağı altında keçirilən liqalarda çıxış etdilər. Ancaq rəhbərlik sonda uşaq komandalarını da maliyyələşdirməkdən imtina etdi və klub tam tarixin yaddaşına köçdü.
Bu azmış kimi, bugünlərdə əldə etdiymiz məlumata görə, “Xəzər Lənkəran”ın rayondakı bazası da satışa çıxarılıb. Mənbəmiz hətta bazaya artıq real alıcı tapıldığını da bildirdi. Onun sözlərinə inansaq, bugünlərdə ev dustaqlığından azad olunaraq azadlığa qovuşan Mübariz Mənsimov bazanı iranlı iş adamına 10 milyon manata satmağa razılaşıb.
Söylənilənlərə aydınlıq gətirmək üçün vaxtilə Lənkəran klubunun icraçı direktoru olan Höccət Hacıyevi aradıq. Onu da qeyd edək ki, Mübariz bəyin xalasıoğlu olan Höccət bəy bir ara baza və stadiona da rəhbərlik edib. Hacıyevin məsələyə reaksiyası belə oldu: