Tokio Yay Olimpiya Oyunlarında qadın bayraqdarımız da olacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu funksiyanı cüdoçu Rüstəm Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da yerinə yetirəcək. Qadın və kişi bayraqdarların birgə addımlaması haqda qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.
Qeyd edək ki, Olimpiadanın açılış mərasimi iyulun 23-də, bağlanış mərasimi isə avqustun 8-də baş tutacaq.