Qaydasız döyüş həvəskarlarının səbirsizliklə gözlədiyi Konor Makqreqor – Dastin Porye döyüşündə ikincinin qalib gəldiyini saytımızda xəbər vermişdik.

Bu döyüş ətrafında maraqlı məqamlar və açıqlamalar var.

Xatırladaq ki, bu, tərəflər arasındakı 3-cü döyüş idi. İndiyə qədər hərəsi bir qələbə qazanmışdı. İndi Makqreqorun hesabında 22 qələbə və 6 məğlubiyyət, Poryenin hesabında isə 28 qələbə, 6 məğlubiyyət var, daha 1 döyüşü baş tutmamış sayılıb.

Dastinin xanımı Coli döyüşdən sonra yerdə qalan irlandiyalıya orta barmağını göstərib. Xatırladaq ki, Konor döyüşöncəsi mətbuat konfransında həm rəqibini, həm də onun xanımını təhqir etmişdi.

İrlandiyalı əməliyyat olunandan dərhal sonra “tvitter” hesabında Dastinə müraciət edib:

“Dastin, bu qeyri-qanuni qələbəni ürəyin istəyən qədər bayram edə bilərsən. Ancaq sən orda heç nə etmədin. İkinci raund hər şeyi göstərəcəkdi. Əməliyyat əla keçdi, möhtəşəm hisslər yaşayıram. Qoltuqağacında 6 həftə keçirəndən sonra dönəcəm”.


Porye isə döyüşdən sonra verdiyi açıqlamada Konorun onu təhdid etdiyini bildirib:

“Bir daha döyüşəcəyik – oktaqonda və ya ondan kənarda. Çünki onun dediyi sözləri demək olmaz. “Öldürərəm” kimi sözlər işlətmək... Anladım ki, mənə münasibətdə onun öldürmək şansı yoxdu. Ancaq belə sözlər işlətmək olmaz. O, oturduğu yerdə əlini tapança kimi gicgahına dirəyib, məni təhdid edirdi ki, onsuz da səni öldürəcəm. Sən nə edirsən, qardaşım? Bu, iyrənc hərəkətdi. Onun ikinci ayağına da sındırardım”.


Yeri gəlmişkən, Porye bu qələbədən sonra UFC-nin yüngül çəki tarixində nokautların sayına görə liderliyə yüksəldi. İndi ilk “3-lük” belədi: Dastin Porye – 8, Melvin Gillard, Edson Barboza – 7.

“The Sports Daily” nəşri isə hamını maraqlandıran suala – kimin nə qədər qazanmasına aydınlıq gətirib. Rəqəmlər rəsmi şəkildə açıqlanmasa da, Konorun 5 milyon 11 min (5 milyon çıxışa görə, 11 min həvəsləndirici para kimi), Dastinin isə 1 milyon 21 min (1 milyon çıxışa görə, 21 min dollar həvəsləndirici para kimi) qazandığı məlumdu.

Oktaqonda dayananlardan biri Makqreqordusa, Xabib Nurmaqomedovun laqeyd qalması mümkündümü? Təbii ki, yox. UFC-nin sabiq dağıstanlı çempionu nəticəyə qısaca belə münasibət bildirib:

“Xeyir həmişə Şərə qalib gəlir. Poryeyə görə çox sevinirəm. Ümid edirəm ki, ilin sonunda kəməri alacaqsan”.

Son xəbərlər

Almaniya qrupda qaldı - YENİLƏNİB

Noyer rekorda imza atdı

21-ci əsrdə ilk dəfə

Aslan Kərimov: "Neftçi"nin qələbə potensialı "Sabah"dan daha aşağı görünür"

Mərakeş pley-offda - VİDEO

Xorvatiya 1/8 finala belə yüksəldi - VİDEO

"Neftçi" məlumat yaydı

Ceyhun Sultanov: "Bu matç "Neftçi" üçün daha vacibdi"

"Araz Naxçıvan"dan növbəti qələbə - VİDEO

MOİK-dən çətin qələbə - VİDEO

Qəbələdə qollu bərabərlik - VİDEO

Kurtua 100-ə çatdı

Fernandeş dünya nəhənginin hədəfində

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Fransa klubu “Qalatasaray”ın futbolçusunu istəyir

Derbi ərəfəsində son durum: “Neftçi”də 1, “Qarabağ”da 4

“Qalatasaray”ın istədiyi futbolçu İtaliya nəhənglərinin hədəfində

Flik istefa verəcək? - Özü açıqladı

“Benfika”dan futbolçusu üçün fantastik tələbi

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Argentinalı futbolçudan ötürmə rekordu

"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

"Araz Naxçıvan" və MOİK-dən qələbə - YENİLƏNİB

Fransız futbolçu gələcəyi haqda heç nə bilmir

Salihamiciç şayiələrə reaksiya verdi

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Portuqaliya yığmasında itki

"Qarabağ"da seminar

Ronaldo “Real”a qayıdır?

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Milli komandanın yeni rekordçusu oldu

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Bütün xəbərlər