Serxio Ramosdan sonra İskonun da “Real”ı tərk etməsi gözlənilir.
İspaniya klubu futbolçusuna qiymət qoyub. “Sport Mediaset”in xəbərinə görə, rəhbərlik 29 yaşlı yarımmüdafiəçini 20 milyon avroya satmağı düşünür. İspan oyunçu ilə “Milan” maraqlanır. Qeyd edək ki, “Real”da 2013-cü ildən oynayan İsko La Liqanın son mövsümündə 25 oyunda meydana çıxıb.
Yeri gəlmişkən, “Real” gənc futbolçusu Dieqo Altubeni icarəyə göndərib. 22 yaşlı qapıçı növbəti mövsümü icarə əsasında La Liqa 2 təmsilçisi “Fuenlabrada”da keçirəcək. Qeyd edək ki, ispaniyalı oyunçu “Real”ın yetirməsidi.