Serxio Ramos bu yay “Real”ı başqa kluba da dəyişə bilərdi.
PSJ-nin yeni transferinin İngiltərəyə yollanmaq şansı da olub. O, “Arsenal”a da keçə bilərdi. “Goal.com” portalının yaydığı xəbərə görə, London klubu 35 yaşlı müdafiəçiyə ikiillik müqavilə təklif edib.
Anlaşma layihəsinin şərtinə əsasən Ramosun bu klubda ilə 17 milyon avro qazanmaq şansı olub. Ancaq ispan futbolçu “Arsenal” bu mövsüm Çempionlar Liqasında oynamayacağına görə belə cəlbedici təklifə razı olmayıb.
Xatırladaq ki, “Real”da 16 il keçirən Ramos PSJ ilə ikiillik müqavilə imzalayıb.