UEFA-nın Nizam-İntizam Komitəsi (NİK) Macarıstan Futbol Federasiyasına (MFF) sanksiyalar tətbiq edib.
Bu ölkə millisinin cəzalandırılması diqqəti daha çox cəlb edib.
Qitə futbol qurumunun saytının xəbərinə görə, buna yığmanın azarkeşlərinin AÇ-2020-nin qrup mərhələsinin Portuqaliya, Fransa və Almaniya ilə matçlarında irqçi hərəkətlərə əl atması və ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.
Macarıstan yığması həmin insidentlərə görə biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə 3 matç azarkeşsiz oynamaqla cəzalandırılıb. NİK bundan başqa, MFF-yə 100 min avro məbləğində cərimə də kəsib.