Argentina milli komandasının futbolçusu Lionel Messi Amerika Kubokunda Braziliyaya 1:0 hesabı ilə qalib gəldikləri final oyununda zədəli halda çıxış edib.
Bu barədə millinin baş məşqçisi Lionel Skaloni açıqlama verib. Skaloninin sözlərinə görə, Messinin dizaltı vətərində problemləri olub. Buna baxmayaraq, kapitan oynamaqda davam edib.