Bu gün İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatının finalında oynayacaq.

Bu komanda sonuncu dəfə təxminən 55 il öncə - 1966-cı il iyulun 30-da finalda görünüb. Və həmin oyunun taleyini istisnasız azərbaycanlı – dünyaca ünlü hakim Tofiq Bəhramov həll edib. Rusiyalı həmkarımız Maksimilian Alfimov hazırladığı aşağıdakı yazını təqdim etməklə müəllifə haqq qazandırmaq fikrimiz yoxdu. Sadəcə, final ərəfəsində maraqlı olacağını düşündük.

AÇ-2020-nin İngiltərə ilə Danimarka arasındakı yarımfinal görüşü möhtəşəm idi: sıx mübarizə, zərbələr, yerdəyişmələr, final mərhələsində cərimə zərbəsindən vurulan ilk qol... Bu siyahını çox genişləndirmək olar, ancaq ən ox müzakirəyə çıxarılan məqam Rahim Sterlinqə görə təyin olunan penaltidi.
İngiltərənin nəhəng turnirdə, “Uembli”də ev oyunu və hakim qalmaqalı. Yəqin dərhal ağla hansı hadisənin gəldiyini anladız. Bu üzdən Tofiq Bəhramovun adını daşıyan oyunu xatırlayacağıq. 1966-cı ilin dünya çempiontının finalı, İngiltərə - AFR oyunu.

Bəhramov sovet və Azərbaycan hakimidi, 1964-cü ilə qədər sakitcə SSRİ çempionatının oyunlarını idarə edirdi, ancaq sonra dünya səviyyəsinə yüksəldi. Həmin dövrdə baş hakim – laysman bölgüsü şərti xarakter daşıyırdı. İndi hakim yardımçısı faktiki ayrı və heç də asan olmayan peşə sayılırsa, 1966-cı ilə buna 2-ci dərəcəli məsələ kimi yanaşırdılar. Odu ki, böyük turnirlərə referilər dəvət olunurdu. Və artıq birbaşa turnirdə onların statusu aydınlaşırdı. Bəziləri kimi Bəhramov da həm baş hakim, həm də laysman olurdu, kimsə yalnız referi, kimsə yalnız laysman kimi çalışırdı.

Bəhramov final ərəfəsində İspaniya və İsveçrə yığmalarının oyununu idarə etmiş, ikincilərin qolunu qeydə almamışdı. Media buna görə onu tənqid etsə də, Hakimlər Komitəsi dəstəklədi. Və ardından o, turnirin “Uembli”də keçirilən baş oyununa təyinat aldı – baş hakim kimi olmasa da, isveçrəli Qotfrid Dinstin yardımçısı kimi.

İngilislər əlavə vaxtda iki qol vurmaqla 4:2 hesablı qələbə qazandılar – həmin kubok onların muzeyində hələ də tək qalıb. “Üç şir”in qələbəsinin təməlini Ceffri Herstin həmin gecə vurduğu üç qoldan ikincisi qoydu. “Yutub”da və başqa platformalarda axtarmaqla həmin qolun videoyazısına baxa bilərsiz. Bir daha epizodu xatırlayaq: 101-ci dəqiqə gedir, Herstin zərbəsindən sonra tirə dəyən top qazona düşür və qapıçı meydançasını tərk edir, ardından müdafiəçi topu uzağa vurur.

Dinst əvvəlcə künc zərbəsini göstərmək istədi, ancaq Bəhramovun siqnalını görüb, dərhal onun yanına qaçdı və ilk sualı bu oldu: qol idi? Laysman jestlərin dili ilə mərkəzi göstərdi – Dinst razılaşdı. Almanlar Bəhramovu dövrəyə almağa çalışsa da, o, əlini yellədi və mərkəzə getdi.

Bu, birmənalı şəkildə futbol tarixinin ən mübahisəli qollarından biridi. Almanlar ona “Uembli-qol” (Wembley-Tor) adını verib. Qərbi Almaniya üçün faciəvi olan həmin məğlubiyyət folklorda da əksini tapıb – indi topun qapıdan meydana sıçradığı bütün qolları (və qol olmayan zərbələri) belə adlandırırlar. İndiyə qədər də qolun olub-olmadığı aydın deyil. Qolun müəllifi Herst əmindi ki, olub: “Futbola dəxli olan istənilən adama deyirəm ki, top qapı xəttinin ən azı 1 metr arxasında idi. Həmişə Rocer Hanta əsaslanışam. Topun sıçrayışını o qədər yaxşı görmədim, o isə topu təkrar qapıya göndərə bilərdi, ancaq belə etmədi və əlini qaldırıb, bayram etməyə başladı, “qol” qışqırdı”.

Almanların qapıçısı Hans Tilkovski əksini iddia edir:

“Orda qol yox idi, yüz faiz. Top düz xəttin üzərinə düşdü, bu an sol çiynimin üzərindən baxırdım və hər şeyi gördüm”. Sıçrayan topa birinci yetişən müdafiəçi Volfhanq Veber qapıçı ilə razılaşır: “Mənzərəni gözəl gördüyümdən bu qərara belə qəzəbləndim. Laysmanı inandırmağa çalışdıq”.

Bəhramovun baş hakimə “qol” deməsi ilə bağlı müxtəlif versiyalar var. Hətta bunun almanlardan qisas almaq ola biləcəyinə dair gümanlar da var idi – müharibə 20 il əvvəl qurtarmışdı və guya Bəhramov az qala almanlara “Stalinqrada görə” qışqırmışdı.

Onun oğlu Bəhram Bəhramov 2015-də belə deyirdi:

“Stalinqrad? Hansı Stalinqrad? Bütün bunlar axmaq söhbətlərdi. Stalinqrad döyüşü vaxtı atamın 16-17 yaşı olub. Hətta onu da anlamıram ki, belə düşüncə kimin ağlının məhsuludu. Adamın sərhədsiz fantaziyası olmalıdı ki, belə düşünsün. Ümumiyyətlə, anlaya bilmirəm ki, futbolun həmin müharibəyə və konkret Stalinqrada nə dəxli?”

Bununla belə, Almaniyanın “11Freunde” jurnalında bir qədər fərqli ifadələr var: “Stalinqrad döyüşü İkinci Dünya Müharibəsinin tarixində dönüş anı kimi məşhurdu. Bu, dünyanın tarixidi, həqiqətdi. DÇ-1966-nın finalındakı qol kimi. Bu üzdən atam Stalinqradı xatırlayıb”.

Tofiq Bəhramovun özünün şərhləri də fərqlidi. SSRİ yığmasının DÇ-66-dakı tərcüməçisi Corc Skenlanın sözlərinə görə, Bəhramov əvvəlcə “qol idi, qol” deyirmiş, ancaq sonra dözməyib və deyib ki, “mən orda nə görə bilərdim...”

Bəhramov memuarlarında yazır (bu versiyanı yaxınları da təsdiqləyir) ki, topun tirə yox, tora toxunduğunu və deməli, qapı xəttini keçdiyini düşünüb. “İngiltərə torpağında hakimlik etdiyimi xatırlayıb, belə etdim. İntuisiya ilə hiss etdim ki, bayraqla mərkəzi göstərmək lazımdı” – SSRİ-nin bir başqa hakimi Miroslav Stuparın dediyinə görə, bu etirafı ona Bəhramov edib.

Bəhramovun yazdığına görə, final görüşündən sonra təşkil olunan təntənəli şam yeməyində hücumçu Uve Zeeler ona yaxınlaşıb, Qərbi Almaniya yığmasının adından üzr istəyib və qol olduğunu etiraf edib.

Qol saymağa dəyərdimi – bütün texnologiyaları nəzərə alanda da bu sualın cavabı indiyə qədər aydın deyil. 1996-cı ildə Oksford Universitetində aparılan tədqiqat sonrası bu nəticəyə gəliblər ki, topun qapı xəttini tam keçməsi üçün 7 santimetr çatmayıb. Amma “Sky Sports” artıq 21-ci əsrdə yeni kompüter modelləşməsi əsasında əksini sübut edib. Və kimə inanasan?

Tofiq Bəhramovun işləri sonradan da yaxşı getdi. Başqa böyük turnirlərdə də çalışdı – məsələn, DÇ-70-də möhtəşəm Braziliya – Uruqvay oyununu idarə etdi, Qitələrarası kubokun finalını ona tapşırdılar. Vətəni Azərbaycanda milli qəhrəman oldu. 1993-cü ildə dünyasını dəyişəndən sonra Azərbaycanın əsas stadionuna onun adı verildi. 2004-cü ildə Bakıda heykəlinin açılış mərasimi oldu. Mərasimə həmin Ceffri Herst, FİFA və UEFA bossları da qatılmışdı.


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər