Azərbaycan klublarının avrokubok matçlarında azarkeşlərinin iştirakı ilə bağlı qərar verilib.
Premyer-liqa klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.
COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.