• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Makqreqor oktaqona çıxmamış təpik atdı, dünya onun Porye ilə duelini gözləyir

İdman

10-07-2021, 16:0

Bu gün axşam, ABŞ ilə Azərbaycan arasındakı saat fərqini nəzərə alsaq, əslində sabah səhər qaydasız döyüş həvəskarlarının diqqəti Las-Veqasa yönələcək.

Oktaqonun bir küncündə Konor Makqreqor dayanıbsa, o biri küncdə dayananın kimliyindən asılı olmayaraq, intqiqa, münaqişə hazırdı. Bəli, irlandiyalı döyüşçünün amerikalı həmkarı Dastin Porye ilə döyüşü ətrafında aylardı davam edən söz-söhbət, atışma artıq zirvə həddinə çatıb. Hədə, söyüş, təhqir ifadələri kəpənək kimi uçur...

Əvvəlcə Poryenin döyüşlə bağlı gözləntilərindən xəbərdar olaq:

“Bilirəm ki, Makqreqor kalf-kiki zərbələrimi bloklamağa çalışacaq. Amma ola bilsin, belə zərbələr endirməyim, sadəcə, müdafiə olunum. Düşünürəm ki, Konor daha aqressiv olacaq, döyüşün uzanmamasına çalışacaq, çünki 2-ci döyüşümüzdə necə yaxşı olduğumu anlayıb. Onun yerində olsaydım, imkan daxilində rəqibə daha tez zərbə vurar, mənim ritmi yaxalamağıma imkan verməzdim. Çünki döyüş 2-ci və sonrakı raundlara keçsə, bizə çətin olacaq, belədə yüzdəyüz qələbə qazanacam”.

İndi də Konorun döyüşlə bağlı planlarından xəbər tutaq:

“Poryenin başına ayaqla vuracam. Əmin ola bilərsiz ki, iyulun 10-da bütün arsenalımdam isrifadə edəcəm. O, son vaxtlar çox danışır, hər şeyin əvəzini ödəyəcək! Dastini yaxşı heç nə gözləmir”.

WBC çempionu Tayson Füri də döyüşlə bağlı proqnozunu açıqlayıb:

“Proqnozum belədi: bu dəfə Makqreqor 3-cü raundda qalib gələcək. O, inadla çalışıb, nəyisə sübut etmək istəir. Bu döyüşü qaçırmayın”.

UFC prezidenti Dana Uayt isə iki divizionda sabiq çempion olan Makqreqorun Poryeyə qalib gələcəyi halda, titul döyüşünə çıxacağını bildirib:

“Konorun pulu çoxdu, döyüş ona lazım deyil, ancaq döyüşmək istəyir. Konor başdan-ayağa döyüşçüdü və zirvəyə qayıtmaq istəyir. Reytinqin 1 nömrəsini döysə, titul şansı qazanacaq. Konorun rəqabətdən başqa sevdiyi şey puldu. Pul hələ də onun üçün vacib amildi. Çoxları publika önündə onun haqqında ağzına gələni danışır. Həqiqət isə budu ki, Konor kimlə, harda və nə vaxt olmasına baxmadan həmişə döyüşməyə hazırdı”.

Xatırladaq ki, hazırda yüngül çəkidə titul mayda UFC 262 turnirində Maykl Çendleri nokauta salan Çarlz Oliveyraya məxsusdu.
Dünən səhər saatlarında Porye – Makqreqor döyüşü ilə bağlı mətbuat konfransı keçirilib və orda ittihamlar daha sərt xarakter alıb. Konor məhz belə deyib:

“Onun başında bir neçə deşik açacam, sonra çiynindən ayıracam. Bu mənim hədəfim, onun sonudu. Dastin yolun sonuna gəlib. Şənbə günü axşam oktaqonda it kimi dolaşacaq və yatmağa gedəcək. O, yalnız təsadüfi qələbə ilə yadda qalacaq. Şənbə günü vəziyyəti düzəldəcəm”.
Dastin son mətbuat konfransında bu fikirləri səsləndirib: “Konoru döyəcəm. Şənbə günü hansı bəhanələr düşünəcəyini bilmək istəyirəm. Onun bu gün dediklərinə gəlincə, heç kimə nifrət etmirəm. Mental baxımdan mən artıq başqa səviyyədəyəm. Onun bütün etdiklərinə hörmətim var, amma sözlərinə tüpürmək belə istəmirəm. Mənim üçün vəzifə dəyişməyib. Qarşımda məğlub etdiyim və yenə bunu bacarağım adam dayanıb. Trilogiyanın qaçılmaz olacağını bilirdim. 2-ci döyüşümüz bitən andan buna hazırlaşırdım”.


Poryenin bu sözlərindən sonra Makqreqor özündən çıxıb:

“Şənbə günü axşam bu səkkizkünclü yerdə səni it kimi gəzdirəcəklər. Sən yalnız kiçik qəhbəsən. Arvadın sənin ərindi. Axmaq kəndçi”.

Bütün belə döyüşlər ərəfəsində olduğu kimi, bu dəfə də Las-Veqasa toplaşan minlərlə fanatın önündə baxışların dueli olub. Konor rəqibi ilə söhbət əsnasında ona ayaqla zərbə endirməyə çalışıb.

Beləliklə, iyulun 11-i, Bakı vaxtı ilə səhər saat 6-da Porye – Makqreqor döyüşü başlayacaq. Rusiya kanallarından REN TV döyüşü canlı göstərəcək. Bu döyüşçülər arasında 2014-ün sentyabrına təsadüf edən ilk görüşdə irlandiyalı nokautla qələbə qazanıb. Ötən il yanvarın 23-də keçirilən 2-ci döyüşdə isə amerikalı Konora eyni aqibəti yaşadıb.

Həmkarımız Mark Raymondi “tvitter” hesabında Konor – Dastin döyüşünü idarə edəcək hakimlərin adını açıqlayıb. Herb Din oktaqonda olacaq, ona Derek Kliri, Sal d'Amato və Dzünitiro Kumidze kömək edəcək. Din idarəçiliyə görə 1900, qalan üç hakimin hər biri 1600 dollar alacaq.

Oxunub: 542
Paylaş:
Digər xəbərlər

İdman

22-11-2021, 16:0

“Hiss edirəm ki, Porye ilə hələ işi bitirməmişik”

İdman

17-07-2021, 15:0

Konor xəstəxanadan çıxdı

İdman

13-07-2021, 15:0

Qıçı qırılan Makqreqor 5 milyon dollar qazandı

İdman

20-10-2021, 15:0

Mourinyo Makqreqorla görüşdü

İdman

23-07-2021, 18:0

Konor sübutlar təqdim etdi, Uayt onu təsdiqlədi

İdman

2-12-2021, 17:0

Makqreqor: “Dönüşüm qaçılmazdı, ancaq...”

Aktual
"Uğurlu seriyanı davam etdirmək istəyirik" - Yanne Andersson
De Byazi qapıda kimə güvənəcək? - KÖŞƏ
Türkiyənin bu klubu almanlara satılacaq?
"Ən yaxşı oyuna ehtiyacımız var" - Ralf Ranqnik
Mahir Emrelinin zədəsinin detalları
Azərbaycanın Ermənistanda keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti: siyahıda 1 qadın da var
Son xəbərlər
  • Dünən, 23:30
    Bundesliqadan "Real"a
  • Dünən, 22:51
    Milinkoviç-Saviç İngiltərə nəhənginin hədəfində
  • Dünən, 22:21
    Qavi "Barselona"dan ayrılır?
  • Dünən, 21:52
    Messi Səudiyyə Ərəbistanına gedəcəkmi?
  • Dünən, 21:21
    "Tottenhem"dən Konteyə 17 milyon avro
  • Dünən, 20:51
    Osimxen La Liqa yolunda
  • Dünən, 20:21
    AFFA-nın prezidenti milli komanda ilə görüşüb
  • Dünən, 19:52
    Nəriman Abbasovun rəqibi Bakıda döyüşməyə hazırdı - AÇIQLAMA
  • Dünən, 19:21
    "Başım dəmir kimidi, tez toparlanıram"
  • Dünən, 18:52
    Səhhətinə görə futboldan ayrıldı
  • Dünən, 18:21
    İngiltərə yığmasında 3 itki
  • Dünən, 17:53
    Gimnastika yığmamız Portuqaliyada yarışlara qatılacaq
  • Dünən, 17:32
    “Sevilya”dakı işini tezliklə itirəcək?
  • Dünən, 17:11
    Bundestimin düşərgəsini tərk etdi
  • Dünən, 16:50
    Yağmur Məmmədli beynəlxalq turnirin mükafatçıları sırasında
  • Dünən, 16:29
    Lyorisin statusuna layiq bilindi
  • Dünən, 16:08
    Emil Mustafayev niyə kənarda qaldı? - AÇIQLAMA
  • Dünən, 15:57
    İspaniya klubunda istefa
  • Dünən, 15:36
    "Mingəçevir"in futbolçularına istirahət verilməyib - SƏBƏB
  • Dünən, 15:15
    "Uğurlu seriyanı davam etdirmək istəyirik" - Yanne Andersson
  • Dünən, 14:54
    "Füzuli" icarəyə stadion götürdü - AÇIQLAMA
  • Dünən, 14:33
    Əliyar Ağayev UEFA-dan təyinat aldı
  • Dünən, 14:12
    Avstriya - Azərbaycan oyununu idarə edəcəklər
  • Dünən, 13:51
    "Neftçi" martın 25-də yoxlama oyunu keçirəcək
  • Dünən, 13:30
    De Byazi qapıda kimə güvənəcək? - KÖŞƏ
  • Dünən, 13:09
    Rövnəq Abdullayev hər futbolçuya 1000 manat verib? - AÇIQLAMA
  • Dünən, 12:48
    Uğurlu oyunlar seriyasını davam etdirir
  • Dünən, 12:27
    Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
  • Dünən, 12:06
    "Kəpəz" Novruz bayramını legionerlərlə qeyd edib - FOTOLAR
  • Dünən, 11:45
    Millinin ilk oyunu hansı telekanalda yayınlanacaq?
  • Dünən, 11:24
    Türkiyənin bu klubu almanlara satılacaq?
  • Dünən, 11:03
    "Konyaspor" Mahirin aldığı sarı vərəqəyə görə cərimə ödəyəcək
  • Dünən, 10:42
    "Ən yaxşı oyuna ehtiyacımız var" - Ralf Ranqnik
  • Dünən, 10:21
    U-19 millisinin heyətində dəyişiklik
  • Dünən, 10:00
    "Böyük dəbilqə"də hansı cüdoçularımız iştirak edəcək?
Daha çox
Oxunub: 4 542
“Qarabağ”ın üzvü Fransa klubunun hədəfində
Oxunub: 992
"Qarabağ" - "Qalatasaray" oyunu ilə bağlı CİDDİ PROBLEM
Oxunub: 638
Murad Musayev: "Rəqibə iki sarı vərəqə göstərilmədi"
Oxunub: 536
Divizionda növbəti məşqçi ayrılığı - ÖZƏL
Oxunub: 469
"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA
Oxunub: 378
"Forza Neftçi"nin Qurban Qurbanovun açıqlamasına reaksiyası
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə