“Forbes” “Leykers”in lideri Lebron Ceymsin bu il dollar milyarderi olacağını xəbər verir:
“Meydandan kənardakı qazancını da nəzərə alsaq, Lebron Ceyms ardıcıl 7-ci ildi MBA-nın ən uğurlu oyunçusudu. Onun 95,4 milyon dollar qazanacağı gözlənilir ki, bu məbləğin təxminən 64 milyonu reklam müqavilələrinin və merçedayzinq gəlirlərinin payına düşür. Bu, MBA oyunçuları üçün mütləq rekord və Amerikanın komanda idman növlərində ən yüksək göstəricidi. Bu il onun karyerası ərzindəki ümumi qazancı milyard dollara çatacaq. 700 milyonu parketdən kənarda qazanıb. Lebron fəal idmançı karyerasını davam etdirməklə Tayger Vuds, Floyd Meyvezer, Kriştiano Ronaldo və Lionel Messi kimi milyarderlərə qoşulacaq”.
Xatırladaq ki, Lebron dördqat MBA çempionudu, 4 dəfə müntəzəm çempionatın, bir o qədər də final seriyasının ən dəyərli oyunçusu sayılıb. Bir neçə gün əvvəl 36 yaşlı basketbolçunun ABŞ yığmasının heyətində Tokio Olimpiadasında oynamayacağı ilə bağlı xəbər yayılıb.