Yay transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Masazır təmsilçisi almaniyalı vinger Coy-Lens Mikelslə müqavilə bağlayıb. 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildi.
Konqo əsilli futbolçu karyerası ərzində Almaniyanın “Borussiya-2” (Münhenqladbax, 2013-2014), “Şalke-2” (2014-2016), “Alemannia” (2016/2017), “Vaker Nordhauzen” (2017-2020), “Karl Zeys Yena” (2020) və Niderlandın “Maastrixt” (2020-2021) klublarında çıxış edib.
Qeyd edək ki, “Sabah” yay transfer dövründə daha öncə Elvin Camalov, Səlahət Ağayev və Xuan Kamaranı heyətinə cəlb edib.