“Barselona” Vyana “Rapid”inin türk əsilli avstriyalı futbolçusu Yusuf Demiri bir illik icarəyə götürüb.
Kataloniya klubunun saytının verdiyi məlumata görə, açıqlamada “Barselona”nın futbolçunu sonradan 10 milyon avro təzminat müqabilində birdəfəlik satınalma hüququna malik olduğu da bildirilib.
18 yaşlı Yusuf Demir yeni mövsümdən “Barselona”nın B komandasında oynayacaq.
Qeyd edək ki, Demir yetirməsi olduğu “Rapid”də ötən mövsüm 38 matçda meydana çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.