“Marsel” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Liqa 1 təmsilçisi İtaliyanın “Roma” klubunun qapıçısı Pau Lopesi heyətinə qatıb.
Klubun rəsmi saytının məlumatına görə, 26 yaşlı ispan qolkiper mövsümün sonuna qədər icarə əsasında “ağ-göylər”in uğurları üçün çalışacaq. Sözləşmənin sonunda Fransa klubu futbolçunun transfer hüquqlarına da yiyələnə bilər.
Qeyd edək ki, Lopes 2019-cu ildən “Roma”da çıxış edirdi. Qolkiper öz ölkəsində “Betis” və “Espanyol”da da forma geyinib.