Mahir Emreli "Legiya"nın heyətində Çempionlar Liqasında keçirdiyi debüt oyununda dubl etməklə Azərbaycan futbolunun heyranlarını sevincə boğdu.
Belə davam edəcəyi halda yaxın gələcəkdə yığmanın də əsas ulduzlarından birinə çevriləcəyi şübhə doğurmur. Yığmamızın daha bir üzvü bu yay avrokuboklarda başqa ölkənin klubu ilə çıxış edəcək. Söhbət Anatoli Nuriyevdən gedir. Ukrayna çempionatının son mövsümündə "Minay"ın heyətində 10 qol vurmaqla bombardirlərdən olan yarımmüdafiəçi, gözlənildiyi kimi, iş yerini dəyişib. Anatoli bundan sonra "Kolos"un uğurları üçün çalışacaq. Son mövsümdə 4-cü yeri tutmaqla Konfrans Liqasının 3-cü təsnifat mərhələsində oynamaq imkanı qazanan Kovalyovka klubu 25 yaşlı yarımmüdafiəçini ictimaiyyətə təqdim edib.
Yığmamızın üzvü "Kolos"a azad agent kimi qoşulub.