• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

Emreli Levandovski kimi zərbə vurmaq istəyir - MÜSAHİBƏ

8 iyl, 21 - 16:30325

Bu yay “Qarabağ”dan ayrılaraq Varşava “Legiya”sına üz tutan Mahir Emreli Polşada “Super Express” nəşrinə geniş müsahibə verib.

Milli üzvü həm “Legiya”nı seçməsinin səbəbini açıqlayıb, həm də hədəflərindən danışıb. Həmin müsahibəni müəyyən ixtisarla təqdim edirik.

- Varşavaya gəldiyin zaman hava limanında sürprizlə qarşılaşdın. Azərbaycanlı azarkeşlərin səni qarşılamasına təəccüblənmədin?
- Məni öz ölkəmdə tanıyırlar, amma Polşadakı soydaşlarımızı gözləmirdim. Məni belə qarşılamalarından çox məmnun oldum. Bu onları məyus etməmək üçün mənə əlavə motivasiya oldu. Gözəl qarşılanmaya görə onlara təşəkkür edirəm. Sosial mediada da pərəstişkarlarımdan müsbət rəylər alıram.

- “Qarabağ”dan ayrılıb “Legiya”ya keçməyinə nə səbəb oldu?
- “Qarabağ”la “Legiya” liqalarındakı ən yaxşı klublardı. Həmişə ən yüksək hədəflər uğrunda mübarizə aparan komandada oynamaq istəyirəm. Altı ili “Qarabağ”da keçirdim, Çempionlar Liqası və Avropa Liqasının qrupunda oynadım. Özümü Azərbaycandan kənarda sınamağın vaxtının gəldiyini düşündüm. “Legiya” mənimlə həqiqətən maraqlandığını göstərdi. Bu da seçimimdə vacib rol oynadı. Burda məni istədiklərini hiss etdim.

- Başqa hardan təklif aldın?
- Azad agent olduğuma görə təklif çox idi. Belçika, Portuqaliya, Danimarka, Serbiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Rusiyadan təkliflər almışdım. “Legiya” Polşanın zəngin tarixə malik ən yaxşı klubudu. İnternetdə azarkeşlərinin komandanı necə dəstəklədiyini izlədim. Məndə çox xoş təəssürat yaratdı. Varşavadayam və bunun mənim üçün yaxşı addım olduğunu düşünürəm. Polşada mümkün qədər çox kubok qazanmaq istəyirəm. “Legiya”ya kömək etsəm, daha irəli gedib, başqa komandaya transfer imkanı qazanacam.

- Gələcəkdə hansı liqada oynamağı hədəfləyirsən?
- “Top-5”dəki klublardan birində oynamaq istərdim. Məsələn, bundesliqanı, Almaniya futbolunu çox sevirəm. Amma bu o demək deyil ki, artıq ordayam (gülür).

- “Qarabağ”ın heyətində Çempionlar Liqası və Avropa Liqasının qrupunda iştirak etmisən. Bu turnirlərlə bağlı xatirələrini söyləyərdin…
- Dörd il əvvəl Çempionlar Liqasının təsnifat mərhələsinin həlledici raundunda “Kopenhagen”lə qarşılaşdıq. Mənim vurduğum qoldan sonra evdə 1:0 hesablı qələbə qazandıq. Cavab görüşündə uduzduq, lakin tarixdə ilk dəfə Çempionlar Liqasının qrupuna adladıq. Bu, mənim üçün ən vacib oyun oldu. Çünki klubun uğur qazanmasına töhfə verdim. Qrupda “Atletiko” ilə iki dəfə heç-heçə etdiyimizi xatırlayıram. Bakıda qolsuz bərabərə qaldıq. Madriddə qələbə qazanmaq şansımız da var idi, görüş 1:1 yekunlaşdı. Ancaq zədəli olduğuma görə həmin oyunu buraxmışdım.

- Avrokuboklardakı oyunlarından xatirə hədiyyələrin var?
- Matçlardan sonra rəqiblərimlə forma dəyişmirəm. Bunu yalnız bir dəfə, “Çelsi” ilə görüşdə etmişdim. Qohumum İngiltərə klubunun azarkeşidi. Ad günü idi və ona hədiyyə vermək istədim. Villianla formamı dəyişdim. Digər görüşlərdən qollarım var.

- Azərbaycanda iki dəfə mövsümün bombardiri oldun...
- Ötən mövsüm üç dəqiqə ərzində 3 qol vurdum. Bu, Azərbaycan liqası tarixində ən sürətli het-trikdi. “Qarabağ”ın tarixində çempionatda ikinci bombardirəm. Azərbaycan millisindəki qol sayı məni qane edir. Farer adalarının qapıçısını 30 metrdən zərbə ilə məyus etdim. Bu qoldan sonra jurnalistlər azərbaycanlı Xristo Stoiçkov olduğumu, məşhur bolqar kimi qol vurduğumu söylədilər. Bilirəm ki, bundan əvvəl dediklərim, sadəcə, rəqəmlərdi, amma belə bir əfsanə ilə müqayisə olunmağımdan xoşbəxt idim. Bu səviyyəyə çatmaq üçün çox yol keçdim. Ancaq gələcək vacibdi.

- “Qarabağ”da Yakub Jezniçakla birlikdə oynamısan. O Polşa və “Legiya” haqda sənə nə deyib?
- Həmin iki ili yaxşı xatırlayıram. Bizim və “Qarabağ” üçün yaxşı vaxtlar idi. Mən onunla danışdım. “Legiya”ya qoşulmağım üçün yaxşı fürsətin yetişdiyini, Polşanın ən böyük klubu olduğunu söylədi. Mənə burda uğur qazana və daha da inkişaf edə biləcəyimi, bunun hər iki tərəf üçün faydalı olacağını başa saldı. Mənim üçün bu transfer yaxşı addımdı. Kubanın sözləri qərar verməyimə kömək etdi. Mövsümün ilk turunda Plotsk “Visla”sı ilə qarşılaşacağımızı gördüm. Kuba ilə görüşmək üçün səbirsizlənirəm.

- Bu mövsüm üçün hədəfləriniz nədi?
- “Legiya”da hamını yalnız qələbə düşündürür. Bu münasibət xoşuma gəlir, çünki qələbəni hədəflədiyini bilirsən. Eqoist insan deyiləm. İlk növbədə komandaya kömək etmək istəyirəm. Özümün yox, klubun maraqları daha vacibdi. Ən önəmlisi “Legiya”nın çempionluğudu, Mahir Emrelinin bombardir olması yox. Əlbəttə, bunu etsəm, əlavə motivasiya olacaq. Ancaq titul qazanmasaq, fərdi mükafatın heç bir dəyəri olmayacaq. Bu səbəbdən mənim yox, “Legiya”nın uğuru vacib sayılır.

- Azərbaycan millisində də bir çox futbolçuya qarşı oynamaq fürsətin oldu. Məsələn, Portuqaliya ilə matçda Kriştiano Ronaldoya qarşı. Özünü kimə bənzətməyə çalışırsan?
- Mənim kumirim Zlatan İbrahimoviçdi. Buna görə futbolu çox sevirdim. İbra nəhəngdi. Bir çox hücumçuları izləyirəm, nə vaxtsa onların səviyyəsinə yaxınlaşmaq üçün hər birindən bir şey götürməyə çalışıram. Fikrimcə, Robert Levandovski və Kərim Benzema hazırda dünyanın ən yaxşı hücumçularıdı. Polşalı unikaldı. Onun cərimə meydançasında necə davrandığını izləyirəm. Güclü zərbə ilə qol vurmur, amma böyük hiyləgərlik edir. Bu onun ən yaxşı xüsusiyyətidi. Mən də Levandovski kimi texniki cəhətdən mükəmməl zərbə vurmaq istərdim. Bundan əlavə, onun böyük motivasiyası var. O qədər qol vurmasına baxmayaraq, hələ də acdı. Mən daha çox şey istəyirəm. Hər hücumçu belə olmalıdı.

- Avropa çempionatında favoritin hansı komandadı?
- AÇ-2020-də favoritim İtaliya millisidi. Çünki turnirdə ən gözəl oyunu onlar sərgiləyib. İtalyanların çempion olacaqlarına ümid edirəm. Buna layiqdilər. Onların ən yaxşı futbolçusu Lorentso İnsinyedi. Aparıcı oyunçudu, hücumda çox şey edir. Amma Danimarkanı da hesabdan silməzdim. Çünki onlar da yaxşı formadadılar. Yarımfinalın ikinci cütündə ingilislərin üstünlüyü var, çünki “Uembli”də oynayırlar, azarkeşlərin dəstəyi olacaq. Pley-offlarda bir neçə sürpriz nəticə oldu. Yarımfinalın bir addımlığında dayanan İsveçrə məni təəccübləndirdi. Hər zaman nizam-intizamı ilə məni heyran edən Fransa və Almaniyanın turniri tərk etməsinə təəccübləndim. Belçikanın da oyunu çox xoşuma gəldi. Onların heyətində Torqan Azar diqqətimi çəkdi.

RƏŞAD

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Polşa çempionatının ilk turunda azərbaycanlı dueli
backend
Mahirin ÇL-də ilk dubluna sözardı - YAZI
backend
Polşalı futbol veteranı: "Mahir "Legiya"nı gücləndirə bilər"
backend
Nuriyev də avrokuboklarda oynayacaq
backend
“Əsas hədəfim 15 - 18 qol vurmaqdı” - Mahir Emreli
backend
Mahir Emreli meneceri ilə yolları ayırdı - MÜSAHİBƏ
backend
Mahir Emreli "Legiya"nın heyətində növbəti qollarını vurdu
backend
"Legiya" Mahirlə birgə 4 hücumçu sifariş etdi
backend
“Legiya”dan yeni transfer
backend
“Emrelinin liqanın ulduzu olmasını istərdim” – “Legiya”nın baş məşqçisi
backend
Mahir Emreli "Legiya"da möhkəmlən üçün buna edir
backend
Mahirə polşalılar kimi inanaq - YAZI
backend
Mahir, Araz və Emil haqda - YAZI
backend
"Legiya"nın baş məşqçisi: "Mahir futbol oynamağı sevir"
backend
Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu - VİDEO
backend
Mahir Emrelinin komandası məğlub oldu
backend
"Legiya"nın baş məşqçisi Mahir Emreli haqda danışdı
backend
Mahir Emreli: "Mən hücumçuyam və işim qol vurmaqdı"
backend
Mahir Emreli debüt oyununda het-trik etdi - VİDEO
backend
“Legiya” yeni mövsümə Avstriyada hazırlaşacaq, Jezniçak Mahirə baş çəkdi
backend
Avropada çıxış edənlər Mahirin uğurlu olacağına inanırlar
backend
Mahir Emreli Varşavada oteldə qalır
backend
Mahir Emreli “Legiya”ya qoşuldu
backend
“Onun "Legiya"nın üslubuna uyğun olduğunu düşünürəm”
backend
Mahir Emreli ikinci dərəcəli əzələ yırtığından əziyyət çəkir
backend
Portuqaliya, Belçika və Macarıstan klubları da Mahirə “elçi düşüb”
backend
“Legiya” azarkeşləri Mahirə görə narahat olmaya bilər
backend
Mahir Emrelinin “Zaqlebiye”yə keçidi alınmayıb
backend
Jezniçak “Qarabağ”ın gücünü etiraf etdi
backend
“Legiya” - birinci dünya müharibəsinin yadigarı
backend
Emreli tənqidlərə cavab verdi
backend
Jezniçak “Qarabağ”ın zəiflədiyini düşünür
backend
“Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var”
backend
Gerye: “Rizəspor” mənə 450 min avro təklif edir”
backend
Jezniçak ehtiyatda qalmağını soyuqqanlı qarşılayır
backend
Jezniçak bəxtsizliklə üzləşdiyini düşünür
backend
Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı
backend
Jezniçak formalarını hərraca çıxarır
backend
“Gəldiyim gündən Bakıda yağış yağmayıb”
backend
“Qarabağ” “Legiya”nın kapitanıyla anlaşdı

GÜNÜN XƏBƏRİ

backend
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş
26 may, 22 - 12:391 335

XƏBƏR LENTİ

Azərbaycan kubokunun finalına nə qədər bilet satılıb? - AÇIQLAMA
22:3826 may
İspaniya klubunda gözlənilən istefa
22:2426 may
Klublarımızın avrokubok oyunları üçün stadion seçimi - SİYAHI
22:0026 may
Leverkuzendə yeni müqavilə
21:3726 may
“Qarabağ” legioneri ilə müqavilə bağlayıb? – AÇIQLAMA
21:1726 may
Vanolinin aqibəti müəyyənləşdi
20:5426 may
Mbappe onu PSJ-yə gətirməyə çalışır
20:2126 may
Finalçılar Qəbələyə nə qədər azarkeş aparacaq? - AÇIQLAMALAR
20:0026 may
Rəmzi komandada iki PSJ, MS və “Liverpul”lu
19:3626 may
“Aftandil müəllimi "Səbail"in ayrılmaz, qızıl parçası sayırdıq”
19:2026 may
Çeferin ''Real''ın ittihamlarına cavab verdi
18:5526 may
“Sumqayıt” nəyi gözləyir?
18:3726 may
Salah ''Liverpul''da qalacaqmı?
18:1926 may
“Səbail” rəhbərliyinin Aftandil Hacıyevlə vidalaşmasının - ŞOK SƏBƏBLƏRİ
18:0026 may
''Fənərbaxça'' Arda üçün nə qədər pul istəyir?
17:3426 may
"Səbail"in yeni baş məşqçisi məlum oldu - RƏSMİ
17:3326 may
Elçin Məsiyevin dosyesi - ARAŞDIRMA
17:1326 may
Alonso qəti qərara gəldi
16:5826 may
"Mənim sayəmdə ölkəmdəki insanlar Azərbaycan haqda öyrənirlər" - MÜSAHİBƏ
16:3226 may
İdman jurnalistləri üçün şahmat turniri keçiriləcək
16:2526 may
Neymar haqqında gəzən iddiaya münasibətini bildirdi
16:1526 may
“Cəbrayıl” hansı stadionda oynayacaq? - AÇIQLAMA
15:5726 may
Ağır atletimiz Avropa çempionatında iştirak edəcək
15:4026 may
"Qarabağ" final matçı üçün Qəbələyə getdi - FOTOLAR
15:3726 may
"Vətən Müharibəsi" şəhidinin xatirəsinə şahmat turniri təşkil edildi
15:1426 may
Mourinyo avrokuboklarda “het-trik” etdi!
14:5926 may
“Səbail”i Mahmud Qurbanov çalışdıracaq? – ÖZÜ AÇIQLADI
14:3126 may
Bundesliqa klubunda yeni baş məşqçi
14:1226 may
Samir Abasovun taleyinə bu tarixdə aydınlıq gələcək - AÇIQLAMA
13:5626 may
Elxan Məmmədov Ukraynada
13:4526 may
Salah yeni mövsümə harda başlayacaq?
13:3326 may
“Bu həftə namizədlərdən biri ilə razılığa gəlməyi düşünürük” - MÜSAHİBƏ
13:1826 may
Kovaç yenidən bundesliqaya qayıtdı
12:5226 may
Gürcünün “Neftçi”dən tələbi – 20 milyon manat büdcə, 350 min avro maaş - AÇIQLAMA
12:3926 may
Klopp çempion ola bilməsə də...
12:1926 may
"Kəpəz" iş adamlarından dəstək istədi
11:4726 may
Benzema ən yaxşı seçildi
11:3126 may
Daha 4 karateçimiz mübarizəyə başlayır
11:1126 may
"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı
10:5526 may
Premyer-liqanın ən pis rəmzi komandası açıqlandı
10:3026 may
Argentina millisinin oyunu ləğv edildi
10:1126 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə