
Ölkə futbolu
334
8.07.2021, 13:00
Nuriyevin keçidi rəsmiləşdi
Anatoli Nuriyevin yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Xəbər verdiyimiz kimi, millinin 25 yaşlı hüçumçusu karyerasını Ukrayna “Kolos”unda davam etdirəcək. Premyer-liqa klubunun mətbuat xidməti müqavilənin müddətini və başqa detalları açıqlamayıb. Anatoli yeni komandasında “11” nömrəli formanı geyəcək.
Qeyd edək ki, Nuriyev son olaraq Ukrayna premyer-liqasının digər iştirakçısı “Minay”da forma geyib.