“Real”dan ayrılan Serxio Ramosun PSJ-yə keçidi rəsmiləşib.
35 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Ramos “Real”dan müqaviləsinin müddəti başa çatdığı üçün ötən ay ayrılmışdı. Beləcə o, Paris təmsilçisinə azad agent kimi keçib. İspan oyunçu yeni klubunda 4 nömrəli forma ilə çıxış edəcək.