Avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət yığmanın oyunlarının təqvimi təsdiqlənib.
A qrupunda yer alacaq yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək. Rəqiblər meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Hersoqovina olacaq. Növbəti mərhələyə qrupu ilk 4 pillədə başa vuranlar adlayacaq. Qitə birinciliyinə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya evsahibliyi edəcək.
Milli komanda isə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində hazırlığı davam etdirir. Toplanışa baş məşqçi Vüqar Əliyevin rəhbərliyi altında 15 voleybolçu qatılıb. Hazırlıq prosesi avqustun 11-dək davam edəcək.
A qrupu
20 avqust
17.00. Azərbaycan - Belçika
21 avqust
18.00. Azərbaycan – Bosniya və Hersoqovina
22 avqust
17.00. Rusiya – Azərbaycan
24 avqust
20.00. Azərbaycan - Serbiya
25 avqust
17.00. Fransa – Azərbaycan